RU
İndoneziya Türkiyədən PUA alacaq
15:30
94

İndoneziya Türkiyədən PUA alacaq


Türkiyə ilə İndoneziya arasında 300 milyon dollar dəyərində pilotsuz uçuş aparatı satışı həyata keçirilib. İndoneziya Müdafiə Nazirliyi ordunun modernləşdirilməsi üçün 12 PUA aldığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Türkiyə pilotsuz uçuş aparatları satışlarına yenisini əlavə edib. İndoneziya TAI-dən 300 milyon dollar dəyərində PUA alıb. İndoneziya Müdafiə Nazirliyi ölkənin köhnəlmiş hərbi texnikasını modernləşdirmək üçün Türkiyədən 12 PUA aldığını açıqlayıb. Fevraldakı imzalardan sonra PUA-ların təhvil verilməsinin 32 ay ərzində baş tutacağı gözlənilir. Müqavilənin məzmunu təlim və uçuş simulyatorlarını da əhatə edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ