İndoneziyanın Şimali Maluku əyalətində İbu vulkanının püskürməsi nəticəsində ətraf ərazilərdə kül buludları əmələ gəlib.
7NEWS.az xəbər verir ki, Antara News-un məlumatına görə, Şimali Maluku əyalətindəki Halmahera adasındakı İbu vulkanı yerli vaxtla saat 09.12-də püskürüb. Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) püskürmə zamanı 1325 metr yüksəklikdəki İbu vulkanının püskürdüyü vulkanik külün zirvədən təxminən 5 kilometr hündürlüyə çatdığını və partlayışın 5 dəqiqə 6 saniyə davam etdiyini qeyd edib.
7NEWS.az








