7NEWS.az xəbər verir ki, İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrinin sayı artır. Milli Fəlakətlərin Qarşısının Alınması Agentliyinin (BNPB) verdiyi açıqlamada ölənlərin sayının 26-dan 32-yə yüksəldiyi bildirilib. Açıqlamada sel və sürüşmə nəticəsində 1500 evin, 50-dən çox ibadət yerinin və ən azı 10 yolun zədələndiyi, adada 5 bölgədə fövqəladə vəziyyət elan edildiyi bildirilib.
7NEWS.az








