7NEWS.az xəbər verir ki, İndoneziyanın Natuna adalarında leysan yağışlardan sonra baş verən sürüşmədə can itkisi artır. Milli Fəlakətlərin Azaldılması Agentliyindən verilən açıqlamada, sürüşmə fəlakətində həyatını itirənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən 33 nəfərin bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Səlahiyyətlilər, sürüşmə səbəbindən bölgədə 1300 adamın sığınacaqlara yerləşdirildiyini və ölənlərin sayının arta biləcəyini bildirib.
7NEWS.az








