RU
İndoneziyada vulkan ardıcıl püskürdü, kül beş kilometrə yüksəldi
13:00
26

İndoneziyada vulkan ardıcıl püskürdü, kül beş kilometrə yüksəldi

İndoneziyada Semeru vulkanında ardıcıl iki püskürmə qeydə alınıb və kül "buludu" 4.7 kilometrədək yüksəlib.

Hadisə barədə İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi rəsmi açıqlama yayıb.

Verilən rəsmi xəbərə əsasən, isti qaya parçalarının atılma təhlükəsini nəzərə alan yerli idarəetmə orqanları turistlərin və sakinlərin vulkan kraterinə 5 kilometrdən çox yaxınlaşmasına qadağa qoyub.

Dəniz səviyyəsindən 3676 metr hündürlükdə yerləşən Semeru İndoneziyanın ən yüksək dördüncü vulkanı olmaqla yanaşı, Yava adasının da ən hündür zirvəsi hesab edilir.

Təxminən 18 min adadan təşkil olunan və dünyanın ən iri arxipelaqı sayılan İndoneziya Sakit okeanın "Odlu halqa" zonasında yerləşir. Bu coğrafi mövqe ərazidəki yüksək seysmik fəallığın əsas səbəbidir. Hazırda ölkə ərazisində mövcud olan 500-dən artıq vulkanın təqribən 130-u aktiv vəziyyətdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ