İndoneziyadakı Marapi vulkanı aktivləşərək lava və kül səpərkən, bölgədə 11 alpinist ölü tapılıb.
7NEWS.az xəbər verir ki, İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanında dünən partlayış baş verib. Səlahiyyətlilər vulkanın lava və kül püskürdüyü zaman bölgədə olan 11 alpinistin bu gün ölü tapıldığını açıqlayıb. İtkin düşən 12 alpinist üçün axtarış işlərinə başlanarkən, partlayış zamanı bölgədə 75 alpinistin olduğu və indiyədək 3 alpinistin sağ tapıldığı qeyd edilib.
7NEWS.az








