İndoneziyanın Papua əyalətində 6.7 bal gücündə daha bir güclü zəlzələ baş verib.
7News.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti (USGS) yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib, episentri isə 62 mindən çox əhalisi olan Abepura şəhərinin təxminən 200 kilometrliyində olub.
Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzindən bildiriblər ki, zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib








