RU
İnəkləri oğurlayan şəxs tutuldu - Tovuzda
12:41
390

İnəkləri oğurlayan şəxs tutuldu - Tovuzda

Oktyabrın 3-də və 14-də Tovuz rayonunun bir neçə sakininə məxsus ümumulikdə 15 baş inəyi oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini N.Misirov tutulub.

Tovuz Rayon Polis Şöbəsi və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də və 14-də rayon sakinləri Aqil Ələkbərova, Araz Musayevə, İlham Əlisgəndərova, Natiq Eminova və Pərviz Əliyevə məxsus ümumulikdə 15 baş inəyi oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Nurlan Misirov tutulub.

Faktla bağlı araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ