Bir çoxlarının təəccübünə və etirazına səbəb olan məsələyə, veterinarlar aydınlıq gətirib.
Sol tərəfində rezin qapaq olan inəklər fermalarda, artıq kütləvi hal alıb. Bunu bir neçe il əvvəl veterinarlar "kəşf" edib.
Ən çox bu üsuldan Şimali Amerika qitəsində istifadə olunur.
Məqsəd isə, inəyin artıq yem qəbul etdikdən sonra qarnında yaranan köpdən azad etməkdir. Çünki inəkdə belə vəziyyətin yaranması, əksər hallarda onun ölümü ilə nəticələnirdi.
Başqa bir məqsəd isə bu dəlik vasitəsi ilə inək üçün vacib olan vitaminləri və proteinləri onun orqanizminə yeritməkdir.
7news.az



// //








