İngiltərə Bankı ("Bank of England”, BoE) bu gün keçirilən iclasda uçot dərəcəsinin rekord 0,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
7news.Az "APA-Economics”ə istinadən xəbər verir ki, "BoE” aktivlərin alışı ilə bağlı proqramın (QE) həcmini də dəyişməz saxlayıb.
Hər iki qərar bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.
Tənzimləyicinin yaydığı məlumatda deyilir ki, "BoE” rəhbərliyi cari ilin sonunadək uçot dərəcəsini 0%-dək endirilməsini istisna etmir.
7news.Az








