Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində 2200-dən çox qonaq, o cümlədən 203 ölkədən dövlət başçıları, məşhur adlar və xeyriyyə təşkilatları, eləcə də kral ailəsinin üzvləri iştirak edəcək.
7NEWS.az xəbər verir ki, Kral Çarlz və həyat yoldaşı Kamilla mayın 6-da Londondakı tarixi Vestminster Abbey kilsəsində tac qoyacaqlar. Kral Çarlzın 1953-cü ildə anası Kraliça II Yelizavetanın 8200-dən çox qonağın qatıldığı tacqoyma mərasimi ilə müqayisədə daha kiçik və daha qısa tacqoyma mərasiminə 203 ölkədən 2000-dən çox qonaq qatılacaq.
7NEWS.az








