RU
İngiltərə parlamentində çılpaq etiraz aksiyası - FOTO
15:27
321

İngiltərə parlamentində çılpaq etiraz aksiyası - FOTO

İngiltərə parlamenti ölkənin Avropa İttifaqından ayrılmasının şərtlərini ehtiva edən müqaviləyə alternativ variantları səsə qoymaq üçün ikinci dəfə iclas keçirib.

7News.Az ölkə.az-a istinadən xəbər verir ki, millət vəkillərinə təqdim edilən 4 variantdan heç biri səs yığa bilməyib. Səsvermədən əvvəl isə bir qrup aksiyaçı soyunaraq etirazlarını bildiriblər.

Kritik səsvermədən əvvəl bir qrup şəxs soyunaraq millət vəkillərinə etiraz ediblər. Ətraf mühit aktivistləri olduqlarını açıqlayan etirazçılar "Extinction Rebellion" qrupu adından açıqlama verib. Salonun tamaşaçı hissəsində olan aksiya iştirakçıları bir anda soyunaraq arxalarını təhlükəsizlik şüşəsinə çevirərək şüar səsləndiriblər.

 

"Biz soyunaraq özümüzü asan istifadə edilən hala gətirdik.Təbiət də cəmiyyət qarşısında bizim kimidir", - deyə etirazçıların şüarlarında bildirilib. Təhlükəsizlik xidməti isə onları saxlayıb.

7News.Az


İngiltərə parlamentində çılpaq etiraz aksiyası - FOTOİngiltərə parlamentində çılpaq etiraz aksiyası - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ