Böyük Britaniyanın baş naziri Rishi Sunak Ukraynanı dəstəklədiyini bir daha bəyan edərək, Rusiyanı "maliyyə olaraq hədəf aldıqlarını" bəyan edib.
7NEWS.az xəbər verir ki, İngiltərə ABŞ-dan sonra Rusiyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Ölkə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni əsas gətirərək, Moskva birjası da daxil olmaqla 50 hədəfə sanksiya tətbiq edəcək. G7 ölkələri ilə koordinasiyalı şəkildə həyata keçiriləcəyi açıqlanan sanksiyalar Rusiyanın maliyyə sistemi və hərbi istehsalını hədəf alıb.
7NEWS.az








