Dünya futbolunun ulduzu Ueyn Runi Vaşinqton aeroportunda sərxoş
vəziyyətdə dava salıb.
Bildirilir ki, İngiltərə yığmasının sabiq hücumçusu hava limanında nalayiq
hərəkətləri ilə diqqəti cəlb edib və ətrafdan keçənlərlə mübahisə edib. Ueyn
Runi ictimai yerdə sərxoş vəziyyətdə, uca səslə söyüş söydüyü üçün Vaşinqtonda
həbs olunub.
Nəşrin məlumatına görə, hadisə dekabrın 16-da olub. Runi Dalles adına Vaşinqton
aeroportunda həbs edilib. Lakin o, sonradan cərimə ödəyərək, müvəqqəti sərbəst
buraxılıb.
Ueyn Runi 2016-cı ildə İngiltərə yığmasının oyunlarında iştirakını başa çatdırıb. O,
119 matçda 53 qol vurub. 2018-ci ildən o, ABŞın "Di Si Yunayted" klubunda oynayır.
Futbolçu 20 matç keçirərək, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bir müddət əvvəl məlum olub ki, Vaşinqtonun Əsas Futbol Liqasında (MLS) çıxış
edən "Di Si Yunayted" klubunun hücumçusu Ueyn Runi vida matçı keçirmək üçün
futbol üzrə İngiltərə milli komandasında çıxışını bərpa edəcək./report
7News.Az









