İngiltərənin Kent şəhərinin sakinləri 72 ildir 1400 tonluq partlamamış bombanın qorxusu ilə yaşayırlar.
1944-ci ildə İkinci Dünya Müharibəsi zamanı ABŞ-dan İngiltərəyə silah-sursat daşıyan “SS Richard Montgomery” gəmisinin batması şəhəri böyük təhlükə ilə üz-üzə qoyub.
Araşdırmaçıların məlumatına görə, 1400 tonluq bombanın partlaması 1 milyard funt sterlinq dəyərində maddi zərərə və qonşu adaların sular altında qalmasına səbəb ola bilər./axar
7news.az








