İngiltərə hökuməti iki ölkə arasında Türkiyə üzərindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün müqavilə imzalandığını açıqlayıb. Müqavilə çərçivəsində polis idarəsinin tərkibində yeni mərkəzin yaradılacağı bildirilib.
7NEWS.az xəbər verir ki, qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə çərçivəsində Böyük Britaniya Türkiyə ilə "insan qaçaqmalçılarının şəbəkələrini sındırmaq” üçün müqavilə imzaladığını elan edib.
Razılaşma çərçivəsində iki ölkə arasında məlumat mübadiləsinin gücləndiriləcəyi bildirilib.
7NEWS.az








