İngiltərənin Bristol şəhərində bir evdə 3 uşağın ölü tapıldığı, bir qadının isə hadisə ilə əlaqədar xəstəxanada nəzarətə alındığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, İngiltərənin Bristol şəhərində bir evdə 3 uşaq ölü tapıldıqdan sonra bir qadın "qətl" şübhəsi ilə saxlanılıb. Bildirilib ki, Avon və Somerset polisi xəbər üzərinə evə gedib və evdə olan uşaqların öldüyünü aşkar edib. Nəzarətə alınan 42 yaşlı qadının xəstəxanada polis nəzarətində olduğu açıqlanıb.
7NEWS.az








