İngiltərənin Luton şəhərində yaşayan 7 yaşlı Mariya Qurani Kərimin hafizi olub. Mariya Suriyalılar üçün maddi vəsait toplamaq məqsədilə yaradılan bir xeyriyyə qurumunun müsabiqəsində Qurani-Kərimin Yasin surəsini əzbərləməyə başlayanda hələ 5 yaşı var idi. O, qısa bir müddətdən sonra yaşadıqları rayondakı mədrəsədə Quranın sonuncu cüzünü əzbərləməyə nail olub.
Deyerler.org xəbər verir ki, anası Mariyanın bu qədər sürətlə hifz etdiyini gördükdə, onu Qurani Kərimin hafizi etmək istədiyini bildirib. Yaşadıqları rayonda Qurani Kərimin hifzi təhsilini verən bir kursun olmaması onu məyus edib. Bu səbəbdən anası Qurani Kərimin əzbərləmə missiyasında qızına kömək etməyə qərar verib.
Anası bunun asan bir iş olmadığını, özünün və qızının nə qədər səbrli bir prosesdən keçdiklərini bu cür izah edir: "Allahın mənə bu işi lazımlı səviyyədə həyata keçirə bilməyim üçün səbr ehsan etdiyini düşünəndə, həm təsirlənir, həm də xəcalətli olurdum. Bu, heç də asan deyildi".
Anası Mariyanın gündəlik 5 saatlıq ciddi bir proqram üzərində işlədiyini deyir: "Məktəbə getməzdən əvvəl öyrənməli olduğu yeni bilikləri mənimsəyir, məktəbdən sonrakı müddətdə öyrəndiklərini oxuyaraq təkrar edir, axşam yeməyindən sonra əzbərlədiyini nəzərdən keçirir, səhvləri var idisə, onları düzəldirdi".
O, Mariyanı motivasiya etmək məqsədilə əzbərlədiyi hər hissə üçün kiçik hədiyyələr aldığını bildirib. Adətən ayıcıq kimi oyuncaqlar, rəngləmələr və ya restoranda nahar etmək kimi, sadə mükafatlar seçdiyini deyib.
Ananın söylədiyi bütün səylərlə birlikdə, iki il ərzində Mariyanın 7 yaşı olanda Qurani Kərimin hamısını əzbərləyir. Qurani Kərimin hifzini yoxlama mərasimində onun bu uğuru mükafatlandırılıb.
Anası Mariyanın bu uğurunun onu dünyanın ən qürurlu anasına çevirdiyini deyir. O, qızının bu öyrəndiklərini həmişə yaşaması üçün dua etdiyini bildirir./milli
7news.az








