RU
İngiltərədə ilin ən isti gününü keçirib
14:40
70

İngiltərədə ilin ən isti gününü keçirib


7NEWS.az xəbər verir ki, Britaniya Meteorologiya İnstitutu Met Office-in verdiyi açıqlamaya görə, bu gün Kembricdə havanın temperaturu 34,8 dərəcəyə çatıb. Bu dəyər 13 avqust 2022-ci ildən bəri qeydə alınan ən yüksək temperaturdur. Ölkənin şərq və cənub-şərqində havanın temperaturunun təsirini davam etdirəcəyi gözlənilsə də, digər bölgələrdə temperaturun azalacağı bildirilir. İngiltərədə ən yüksək temperatur 2022-ci il iyulun 19-da 40,3 dərəcə ilə qeydə alınıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ