Ötən gün 18 aylıq körpədə koronavirusun aşkarlanması barədə məlumat vermişdik.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Krallıqda yeni doğulan körpənin koronavirus testinin nəticələri müsbət çıxıb.
İngiltərədə doğulan körpə Londondakı xəstəxanalardan birinə yatırılıb. Onun müalicəsi davam etdirilir.
Məlumat üçün bildirək ki, dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 145673 insan yoluxub.
Ən son statistikaya görə xəstəlikdən 5436 nəfər ölüb, 72532 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.

7News.Az








