RU
İngiltərədə müəllimlər hökumətin təklifini rədd etdi
14:54
73

İngiltərədə müəllimlər hökumətin təklifini rədd etdi


Milli Təhsil Birliyi həmkarlar ittifaqı İngiltərə hökumətinin gətirdiyi maaş artımı təklifini qəbul etmədiklərini, müəllimlərin tətillərinin aprel və may aylarında da davam edəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, İngiltərənin ən böyük təhsil birliyi olan Milli Təhsil Assosiasiyası hökumətin maaş artımı təklifinin üzvlərinin 98 faizi tərəfindən rədd edildiyini açıqlayıb. Böyük Britaniya hökuməti dövlət müəssisələrində çalışan müəllimlərə bu il min funt-sterlinq birdəfəlik ödəniş və növbəti maliyyə ilində orta əmək haqqının 4,5 faiz artırılması təklif edib, Reuters xəbər agentliyi. Milli Təhsil Assosiasiyası qeyd edib ki, təklifi göndərdiyi üzvləri öz təkliflərinə uyğun olaraq bu təklifi rədd ediblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ