RU
İngiltərədə müsəlmanlara qarşı nifrət üç dəfədən çox artdı
15:00
67

İngiltərədə müsəlmanlara qarşı nifrət üç dəfədən çox artdı

İngiltərədə, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail sərhədi boyunca həyata keçirdiyi hücumdan sonra 4 ay ərzində müsəlmanlara qarşı nifrət hadisələrinin 3 dəfədən çox artdığı bildirildi. 7NEWS.az xəbər verir ki, ölkədəki müsəlmanlara qarşı hadisələri və nifrət cinayətlərini izləyən qeyri-hökumət təşkilatı Tell Mama tərəfindən edilən açıqlamada İngiltərədə 7 oktyabr 2023-cü ildən fevralın 7-dək müsəlmanlara qarşı 2 min 10 hadisənin qeydə alındığı bildirilib. Açıqlamada, bu rəqəmin Tell Mama-nın 2011-ci ildə qurulduğu gündən bu yana 4 ayda aşkar edilən "ən yüksək hadisə sayı" olaraq qeyd edildiyi bildirilib. 7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ