RU
İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
11:11
882

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası ölkənin Premyer Liqasında mövsümün ən yaxşı futbolçusunu seçib.

7News.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Lester"in yarımmüdafiəçisi Riyad Maxrez mövsümün ən yaxşısı olub.

O, bu mövsüm oynadığı 34 matçda 17 qol vurub və 11 qolun ötürməsini verib.

"Tottenhem"in yarımmüdafiəçisi Delle Alli isə ən yaxşı gənc oyunçu seçilib. 20 yaşlı oyunçu bu mövsüm 32 matçda 10 qol vurub və 9 qolun ötürməsini verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ