RU
Çingiz Məmmədov 36 qolla Bombardir
13:17
7045

Çingiz Məmmədov 36 qolla Bombardir

Çingiz Məmmədov (14 yaş) — Azərbaycan futbolçusu. Gəncənin "Kəpəz" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində oynayır.

Məmmədov Çingiz Məzahir oğlu Gəncə şəhərində anadan olub. Hələ yaşı daha az olarkən Çingiz futbola maraq göstərməyə başlamışdı. Yeddi yaşından valideynlərinin təkidi ilə Gəncənin Olimpiya Kompleksinin “Cüdo” məşqlərinə gedən Çingiz hər həftənin şənbə günü oynanılan futbol məşqlərinə cüdo-dan çox qatılırdı. Nəhayət öz istəyi ilə hər kəsi barışmağa vadar edən Çingiz Gəncənin “Kəpəz” komandasına üz tutdu. Bir müddət qış aylarında oyunlara başlayan Çingizi çox keçmədi ki “Qəbələ” FK-u seçim turuna dəvət etdi. Seçim turunu uğurla başa vuran uşaq futbol klubunun oyunçusu elə həmin komandanın akademiyasında məşqlərə başlayır. Həmin klubun tərkibində Respublika çempionatlarına qatılan və dəfələrlə öncül yerlər tutan komanda da Çingiz Məmmədov da özünəməxsus tərzi ilə fərqlənirdi. Çox keçmədən Onu yenidən Gəncənin “Kəpəz” FK-na transfer edirlər. Elə həmin klubda O, həm özyaşıdlarında, həm də öz yaşından daha üstün qruplarda oyunlara seçilir, hər oyunda isə xüsusilə fərqlənir. Hal-hazırda isə Çingiz Məmmədov Respublika birinciliyində öz yaşıdlarında 36 qol ilə bütün Respublika fubolçularını qabaqlayaraq bombardirdir.

7News.az olaraq Çingiz Məmmədovla görüş zamanı ona ünvanladığımız suallara özünəməxsus tərzdə cavab verdiyi üçün həmin dialoqu qısaldılmış şəkildə paylaşırıq:

-       Salam Çingiz. Səni bu yaşda uğurlarına görə təbrik edirik və bilmək istəyirik sənin üçün futbol nədir?

-       Salam. Sizə əziyyətiniz üçün mən də təşəkkür edirəm. Futbol mənim seçdiyim sahədir və hər bir insan məncə öz seçdiyi sahənin peşəkarı olmaq istəyər, bunu mən də istəyirəm. Əgər mən futbolu seçmişəmsə, deməli bu yolda həm özümçün, həm ailəmçün, həm də vətənimçün əlimdən gələni etməliyəm, yəni futbol həminçün özü bir dünyadır.

-       Ha-hazırda oynadığın komanda səni qane edirmi?

-       Bəli, mən həm məşqçilərimdən, həm də komandamdan çox razıyam. Məşqçilərimiz çox tələbkardırlar, eyni zamanda da çox peşakardırlar. Bu da biz oyunçulara irəli getməyə ən gözəl şansdır məncə...

-       Özünü gələcəkdə necə görürsən?

-       Mən indi futbolçuyam, oynayıram, verilən tapşırıqları yerinə yetirirəm, gələcək isə hələ qabaqdadır)

-       Sonda nə demək istəyərsən, xüsusi demək istədiyin nəsə var?

-       Var. Mənimçün hər sahədə ilk öncə insan, sonra peşəkar olmaq lazımdır. Bunu mənə həm ailəm, həm də məşqçilərim öyrədib. Onlara təşəkkür edirəm və bütün dostlarımızla birgə bizə olunan əziyyətləri doğrutlmağa çalışacağam.

 

AFFA Cədvəl:

1

Kəpəz PFK

10

9

1

0

86

3

83

28

2

Qoşqar UGİM-2

10

8

0

2

28

9

19

24

3

Gəncə TİM

10

7

1

2

35

5

30

22

4

Lokomoti İSM

10

5

0

5

26

19

7

15

5

UGİM Gənclərbirliyi

10

3

0

7

17

30

-13

9

6

UGİM (Göy-Göl)

10

2

0

8

7

70

-63

6

Bombardir: Çingiz Məmmədov (Kəpəz PFK (Gəncə)) – 36 qol

 7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ