Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı sikayət ərzisini bu gün Sabunçu Rayon Məhkəməsinə təqdim edib.
Bu barədə Çingiz Qənizadə özü məlumat verib.
Ç.Qənizadə xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət etdiyini bildirib.
"Mən Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həbsini istəyirəm”.
Ç.Qənizadə deyib ki, Qalib Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda mənə qarşı böhtan xarakterli fikirlərin səsləndirməsidir:
"Məhkəmənin keçirilməsi vaxtı barədə jurnalistlərə əvvəlcədən məlumat veriləcək”./olke.az
7news.Az








