RU
15:02
13494

"Çingiz Qənizadənin elə bir keçmişi var ki...."

Son günlər Xalq artisti İlhamə Quliyevanın ətrafında müxtəlif qalmaqallı hadisələr cərəyan edir. Bütün bu məsələlərə son qoymaq üçün İlhamə Quliyeva APA-ya müsahibə verib. Müsahibənin bir hissəsi olduqca diqqətimizi cəlb etdi: 

... - Köməkçiniz Mehriban Hüseynovanın məktubu yayımlanıb. Bunu gözləyirdiniz?

- Keçmiş qulluqçum çox həyasız adamdır. Ondan hər şey gözləyirəm. O, şəhid bacısı deyil, amma yalandan deyir ki, şəhid bacısıyam. Onu müdafiə edənlər gedib arxivləri qaldırsınlar ki, doğrudan da qardaşı şəhid olub, ya yox. Təsəvvür edin, bu evdə ilyarım yaşayıb, mənə nə qədər dərmanlar veribsə, böyrəyim sıradan çıxmışdı. Həkimim Rəşad Şolanın təəccübdən gözləri bərəlmişdi ki, bu necə ola bilər? Çox ağır vəziyyətdə idim. Sağ olsun, həkimim məni həyata qaytardı. Onun murdar məktubundan sonra mənə kimlər zəng etməyib? Hər birinə özüm cavab vermişəm. Məsələn, jurnalistlər zəng edir ki, filan millət vəkili sizdən belə deyib. Mən heç o adamın adını da bilmirəm...

- Çingiz Qənizadəni deyirsiz?

- Hə. Onun adını dilimə gətirmək istəmirəm. Onun heç bir fikri mənim üçün əhəmiyyət kəsb etmir. Onun elə keçmişi var ki... Mən danışmıram. Vaxtilə efirdə onun barəsində deyiblər. O bilirsiniz bu işə niyə qarışıb? Guya parlamentdə oturub, nəsə iş görür. Sən oğrunu, canini müdafiə edirsən. Niyə? Sənin dəstəni mən yaxşı tanıyıram. Mən nəyə desəniz and içirəm ki, o məktubda yazılanların hamısı şər-böhtandır. Mənim dövlətim, prezidentim, xalqım var. Bu xalq məni sevir, iki-üç nəfər kriteriya deyil.

MÜSAHİBƏTİNİN TAM MƏTNİ BURADA

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ