7NEWS.az xəbər verir ki, Çin Gömrük İdarəsinin məlumatlarına görə, ilin ilk 2 ayında ixrac əvvəlki ilə nisbətən 7,1% artıb. Analitiklər yalnız 1,9% artım proqnozlaşdırırdılar. Yanvar-fevral dövründə idxal 3,5% artaraq, proqnozlaşdırılan 1,5%-i üstələyib. Çinin Gömrük İdarəsi bu ilin fevral ayına təsadüf edən Ay Yeni ilinin vaxtının dəyişməsi nəticəsində yaranan təhrifləri düzəltmək üçün yanvar və fevral ayları üçün birlikdə ticarət məlumatlarını açıqlayır.
7NEWS.az








