RU
Çinin kömür mədənində qəza: 14 nəfər öldü
13:20
279

Çinin kömür mədənində qəza: 14 nəfər öldü

Quyçjou əyalətinin kömür mədənində qaz püskürməsi nəticəsində əmələ gələn qəzada ən az 14 mədən işçisi həlak olub. Daha 2 nəfər yer altında köməksiz vəziyyətdə qalıblar.

7News.Az xəbər verir ki, qəza 17 dekabr gecə Anlu bölqəsində baş verib. İlkin məlumatlara görə, qəza zamanı mədəndə 23 işçi olub. Fəhlələrdən 7-si mədəndən çıxa biliblər.

Son məlumata görə 14 nəfər ölüb, 2 nəfər mədəndə köməksiz vəziyyətdə qalmaqda davam edir.

 

Hadisə yerinə yerli rəhbərliyin, müxtəlif idarələrin, eləcə də təcili yardım xidmətinin nümayəndələri gəlib. Qəzanın səbəbləri araşdırılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ