RU
Inın şəklini çəkmək istədilər, qalmaqal yarandı
16:10
324

Inın şəklini çəkmək istədilər, qalmaqal yarandı

ABŞ-KXDR sammitini işıqlandırmaq üçün Vyetnama ezam olunmuş amerikalı jurnalistlər Ağ Ev nümayəndələri ilə Şimali Koreya təhlükəsizlik xidmət əməkdaşları arasında kiçik münaqişənin yaşandığını bildirib.

KXDR cangüdəni Ağ Ev nümayəndəsini Şimali Koreya liderinin şəklini icazəsiz çəkməyə çalışmaqda təqsirləndirib.

Ağ Ev nümayəndəsi bunu təkzib edir.

Məsələyə ABŞ xüsusi xidmət orqanı əməkdaşlarının qarışmasından sonra münaqişə tez bir zamanda çözülüb.

Məlumata görə, yalnız şimali koreyalı jurnalistlərin Kim Çen Inın şəklini çəkməsinə icazə verilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ