Bu gün Çin, suverenlik mübahisəsi olan Tayvanı və ətrafını əhatə edən hərbi təlimlərini davam etdirir.
7NEWS.az xəbər verir ki, Çin Xalq Qurtuluş Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada, təlimin ikinci günündə ada zənciri daxilində və xaricində ortaq əməliyyatların təşkil ediləcəyi, "döyüş meydanının ələ keçirilməsi və nəzarət edilməsi və kritik mövqelərin tutulması” mövzusuna diqqət yetiriləcəyi bildirilib.
7NEWS.az








