RU
13:26
283

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi keçirilib

Azərbaycan Respublikası Gənclər vəİdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənc Fəallar və Liderlər Alyansı" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnkişaf üçün kənd gəncləri iləbirlikdə" layihəsi uğurla başa çatıb.

İnformator.az xəbər verir ki, layihə çərçivəsindəİsmayıllı, Göyçay, Qəbələ rayonlarında və2024-cü ilin "Gənclər paytaxtı" olan Lənkəran şəhərində təlimlər təşkil olunub.

Hər rayonda iki gün davam edən sessiyalarda təlimçi Günel Alızadə tərəfindən özünü tanıma, zamanı düzgün idarəetmətexnikaları, stresin idarə olunması, emosional düşüncə, münaqişələrin həlli, effektiv ünsiyyət texnikaları və digər əsas həyat bacarıqlarını əhatə edən 16 fərqli mövzuda təlimlər keçirilib.

Təlimlər interaktiv metodlarla – oyunlar, qrup işləri, enerjiləndirici fəaliyyətlər vəpraktiki sessiyalar vasitəsilə həyata keçirilib.

Layihədən ümumilikdə 100-dən çox region gənci faydalanıb.Təşkilatçılar bildiriblər ki, layihənin məqsədi kənd gənclərinin şəxsi inkişafına vəsosial bacarıqlarının artırılmasına dəstək olmaqdır.

Bu kimi proqramların gələcəkdə dədavam etdirilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ