RU
İnkişafın SAATLI modeli
13:04
2663

İnkişafın SAATLI modeli

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

 

Son 10 il ərzində ölkəmizin bütün regionları dinamik şəkildə inkişaf etməyə başladı, sosial-iqtisadi infrastruktur layihələri gerçəkləşdi, yeni-yeni iş yerləri açıldı. Təbii ki, bütün bunlar regionlarda işsizliyin azalmasına, əhalinin yaşayış səviyyəsinin artması ilə nəticələndi.

Durmadan inkişaf edən və çiçəklənən rayonlardan biri də qədim tarixə malik, əlverişli coğrafi mövqedə yerləşən Saatlı rayonudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Saatlı rayonu son illər dinamik inkişaf yoluna çıxmış, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.

 

Rayon iqtisadiyyatının əsas sahələrindən birini kənd təsərrüfatı təşkil edir. 

 

 2014-cü ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 110272.1 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 531.6 min manat və ya 0.5 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0.1 faizi dövlət sektorunun payına düşür. İstehsal olunmuş kənd təsərrüfat məhsullarının 67580.7 min manat və ya 61.3 faizi bitkiçilik məhsullarının, 42601.4 min manatı və ya 38.7 faizi heyvandarlıq məhsullarının payına düşür. Bitkiçilik: 2014-cü ildə rayon üzrə 22061 hektar dənli və dənli paxlalı bitkilər (buğda, arpa, lobya, noxud) biçilib döyülmüş və həmin sahədən ilkin çəkidə 81209.6 ton məhsul toplanmışdır ki, bu da hər hektardan orta hesabla 36.8 sentner məhsul deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 220003.4 ton və ya hər hektardan 4.4 sentner az məhsul toplanmışdır. İstehsal olunan məhsulun 75478.7 tonu və ya 93.0 faizi əhali təsərrüfatlarının payına düşür.

 

Rayon görkəmini dəyişir

 

Saatlı rayonunda gedən inkişaf elə ilk baxışdan diqqəti cəlb edir. Şəhərin mərkəzində ucaldılan möhətəşəm üçrəngli bayraq isə şəhərə xüsusi gözəllik verir. Söz yox ki, şəhəri gözəl göstərən digər amil onun yollarıdır. Saatlı şəhərində demək olar ki bütün yollar asfaltlanıb. Bundan əlavə, mərkəzi küçələrdə hərəkətin ikizolaqlı olması gediş-gəlişi asanlaşdırmaqla yanaşı şəhərə xüsusi yaraşıq verir. Yol kənarlarında salınmış yaşıllıqlar göz oxşayır. Yaşıllıqlar vaxtaşırı suvarılır və onlara xüsusi qulluq olunur. Müasir standardlara uyğun işıq dirəkləri quraşdırılıb. Mərkəzi prospekt və küçələrin yaxınlığındakı evlərin dam örtüyü, qapıları, fasad hissəsi dövlət vəsaiti hesabına və rayonun memarlıq üslubunu qorumaqla yenilənib. Bütün bu yeniliklər sakinlərin də ürəyincədir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Onların maarifləndirilməsi, təlim-tərbiyəsi, təhsili, sağlamlığı qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə rayonda bir-sıra məqsədyönlü işlər həyata keçirilib. Bu işlərdən ən yadda qalanı Olimpiya İdman Kompleksinin gənclərin istifadəsində olmasıdır.

Saatlı rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni parkların salınması, mövcud parkların yenidən qurulmasıdır. Burada parklar xüsusi zövqlə bəzədilib. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir. 

 

Sahibkarlar üçün əlverişli rayon

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını sürətləndirmək, regionlarda sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlər həyata keçirir. Nəzərdə tutulan tədbirlərdən bir çoxu Saatlıda reallaşıb.

 

Saatlının sosial-iqtisadi mənzərəsi ciddi şəkildə dəyişibdir. Diqqətə çatdıraq ki, rayonda yeni istehsal, emal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir. Saatlı rayonunun mövcud iqtisadi potensialının reallaşdırılması istiqamətində iş adamlarının təklif və ehtiyacları nəzərə alınmaqla kiçik və orta həcmli emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlara dəstək məqsədi ilə irimiqyaslı layihələr həyata keçirilmişdir Saatlı rayonunun iqtisadi potensialına uyğun olaraq üç istiqamətdə: taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının salınması, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin icrası uğurl həyata keçirilir.

 

Sosial müdafiə tədbirləri gücləndirilir

 

Saatlı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ona həvalə edilmiş səlahiyyətlər çərçşivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsi və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini , müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün müəyyən edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında dənilməsinə nəzarətin həyata kieçirilməsini,vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin əminatı olan sənədlrin əldə edilməsində və bu təşkilatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini uğurla həyata keçirir. Eyni zamanda, Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödəniməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir. Müəyyən olunmuş qaydada pensiyaçıların və əlillərin sanatoriya-kurort göndərişləri ilə təmin olunması üzrə iş aparır. Səhiyyə orqanları və digər əlaqədar təşkilatlara birgə başqalarının köməyinə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayanları aşkar edir. Onları sosial- məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

 

Qısa zamanda səmərəli iş: MALİYYƏ ŞƏFFAFLIĞI

 

Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Saatlı  rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

 

Saatlı - Unikal GPS stansiyanın tək ünvanı

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu il respublika ərazisində 20-dən çox GPS stansiyası quraşdırmağı planlaşdırır. Artıq 21 GPS stansiya fəaliyyətə başlamışdır. Bu günlərdə fəaliyyətə başlayan GPS stansiya isə öz unikallığı ilə seçilir. Bu stansiya Saatlı rayonu ərazisində yerləşən və dünyada qazılmış ən dərin (8.324 metr) quyulardan birinin üzərində quraşdırılmışdır. Bu stansiya Yer səthində quraşdırılmış digər GPS stansiyalardan fərqli olaraq yer qabığının daha dərin qatlarında gedən horizontal hərəkətlərin yer səthi üzrə ölçülən hərəkətlərdən sürət fərqini qiymətləndirməyə, həmin hərəkətlər nəticəsində yaranan gərginlik sahələrinin potensial ocaq zonaları ilə əlaqəsini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Prezidentin Saatlıya qayğısı rayonun inkişafının əsas qarantıdır

 

lkə Prezidenti İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək, görülən işlərlə yaxından tanış olmuş, əhali ilə görüşmüş və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının şahidi olaraq, əlavə tədbirlər haqqında sərəncamlar imzalamış, rayonda görülən işlərin sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan  vəsait ayırmışdır. Dövlət başçısının rayona səfəri hər dəfə yeni obyektlərin, yenidən qurulmuş yol infrastrukturlarının açılışı ilə yaddaşlara həkk olunmuşdur.

Azərbaycan  Prezidenti müxtəlif vaxtlarda  Saatlıya səfəri zamanı  Heydər Əliyev  Mərkəzinin, subasmaya məruz qalmış Novruzlu kənd sakinləri üçün yeni salınmış Novruzlu qəsəbəsinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı  filialının, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Rəsm Qalereyası və  əsaslı şəkildə yenidən qurulan, beynəlxalq standartlara cavab verən Saatlı Mərkəzi Rayon Xəstəxanasının və Olimpiya İdman Kompleksinin açılışlarında iştirak etmişdir. Şəhərin giriş hissəsində yerləşən Bayraq Meydanı kompleksi respublikada ən baxımlı guşələrdəndir. Açılışında dövlət başçısının da iştirak etdiyi bu kompleks Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və “31 Mart – Azərbaycanlıların Soyqırımı” abidələrinin ərazisi ilə birləşdirilərək, iki hektar sahəni əhatə edir. Azərbaycan Prezidenti rayonun yenidən qurulmuş  avtomobil yollarının açılışında  da iştirak etmişdir. Onu da qeyd edək ki, Saatlı respublikada yeganə rayondur ki, bütün kəndlərin yolu müasir tələblər səviyyəsində qurulmuş və asfaltlaşdırılmışdır. Təəccüblü olsa da, bütün bu işlər son 8 ildə həyata keçirilmişdir. Bu gün Saatlı rayonu barəsində ölkə rəhbərliyi və yerli əhali yalnız xoş təəssüratlara malikdir. Təbii ki, bu təəssüratları son illər həyata keçirilən uğurlu işlər yaradıb.

 

Səbuhi ABBASOV

 

Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon

İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ