Bir ölkənin təhsilinin güclü olması, onun gələcəyinin uğuru deməkdir. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var. Belə bir imkanı isə yalnız inklüziv təhsil yarada bilər.Ağcabədidə fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”də yarandığı ilk gündən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, fizki məhduduiyyətli məktəbəqədər yaşlı uşaqların korreksiyası, reabilitasiyası, təlim-tərbiyəsi, fiziki və əqli inkişafı, inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla sosial işin təşkili istiqamətində mühüm işlər görüb.
"İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin direktoru Radə Qafarova bildirib ki, müasir standartlara uyğun maddi-texniki bazanın, tədris resurslarının və ixtisaslı kadrların (surdopedaq, loqoped, psoxoloq və s.) az olması səbəbindən regionlarda da dövlət və ya özəl reabilitasiya-inkişaf mərkəzləri, xüsusi məktəbəqədər təhsil müəssisələri yoxdur, ümumi təyinatlı dövlət məktəbəqədər təhsil müəssisələrinə isə bu qəbildən olan uşaqların qəbulu həyata keçirilmir.Buna görə də mərkəzin üzərinə bu istiqamətdə çox böyük məsuliyyət düşür.Fəaliyyət göstərdiyimiz müddət ərzində mərkəzdə Ağcabədi,Ağdam,Bərdə və Beyləqan rayonlarından ümumilikdə 81 sağlamlıq imkanları məhdud uşağa xidmət göstərilib. 6 şagirdimiz isə artıq normal təhsilə cəlb edilərək öz təhsillərini həmyaşıdları ilə birlikdə ümumi təyinatlı məktəblərdə davam etdirir.
Radə Qafarova eyni zamanda onuda vurğulayıb ki,mərkəz regionda bu sahədə fəaliyyət göstərən yeganə mərkəzdi ki,fəaliyyəti davamlı olaraq heç bir donoru olmadan təşkil edilib.
Hazırda mərkəzdə uşaqlar üçün loqoped,psixoloq,xidmətləri göztərilir,fiziki məhdudiyyəti olan insanlar üçün müxtəlif dərnəklər təşkil edilir,məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir.Yaxşı cəhətlərdən biri də odur ki,mərkəzə clb edilmiş müəllimlərin arasında əlilliyi olan insanlarda var.Bu isə uşaqlara heç bir fiziki məhdudiyyətinə baxmayaraq öz müəllimləri kimi daha böyük uğura imza ata biləcəkləri mesajını verir.
Qeyd etmək istərdik ki, "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” xüsusilə məktəbəqədər yaşlı uşaqların intellectual,fiziki və psixoloji inkişafında,onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynayır.
7News.Az












