Çinlilər indi də evdə helikopter düzəltməyə başlayıblar
7news.Az xəbər verir ki, Çinli kəndli Xie Baoganq saatda 200 km sürətlə uçan və içərisindəki yanacaqla 400 km yol qət edə bilən helikopter düzəldib.
31 yaşlı Xie yaşadığı Hebei əyalətinin Jingxian yaşayış məntəqəsində helikopteri ilə sınaq uçuşları edib.
O, bu uçuş aparatını hər hansı bir təhsil almadan, öz gücünə yaratdığını bildirib.
7news.Az








