RU
Çinli hakerlər ABŞ dövlət qurumlarına sızıb
16:23
49

Çinli hakerlər ABŞ dövlət qurumlarına sızıb


7NEWS.az xəbər verir ki, Çinli hakerlər ABŞ-ın rəsmi qurumlarını hədəfə alıblar. Microsoft texnologiya şirkəti və Ağ Ev, haker qrupunun həssas məlumatları ələ keçirmək üçün ABŞ dövlət qurumları da daxil olmaqla ən azı 25 qurumun elektron poçt hesablarını sındırdığını açıqladı. Microsoft-un açıqlamasında, "Storm-0558" haker qrupunun identifikasiya məlumatlarını saxtalaşdırmaqla e-poçt hesablarına daxil olduğu bildirilib. Qrupun ilk olaraq Qərbi Avropadakı dövlət qurumlarını hədəf aldığını bildirən açıqlamada may ayından etibarən hakerlərin bu fəaliyyətləri həyata keçirdikləri qeyd edib. Sızıntının aşkar edildiyi ilk rəsmi qurumun ABŞ Dövlət Departamenti olduğu və səlahiyyətlilərin vəziyyəti Microsoft-a bildirdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ