İnquşetiyanın Nazran şəhərinin kollecində silahlı insident baş verib. Hadisə zamanı iki nəfər yaralanıb.
7news.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb.
"17-18 yaşlarında olan iki nəfər kollecdə atəş açıb”, - İnquşetiya polisinin məlumatında bildirilib.
"Hər iki şəxs xəsarət alaraq, xəstəxanaya yerləşdirilib”, - qeyd edilib.
Digər mənbənin sözlərinə görə, naməlum şəxslər üç avtomobillə kollecə gələrək, iki nəfəri güllələyib.
7news.Az








