Rusiyanın İnquşetiya Respublikasında antiterror əməliyyatı zamanı 3 polis əməkdaşı həlak olub.
7News.Az Rusiya mediasına istinadən xəbər verir ki, silahlı dəstə ilə qarşıdurma zamanı daha 8 polis isə yaralanıb.
Qeyd edək ki, aprelin 3-ü Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İnquşetiya üzrə idarəsi respublikanın Malqobek bölgəsinin ərazisində antiterror əməliyyatı rejimi tətbiq edib. Bunun ardınca, əməliyyatın qüvvədə olduğu ərazidə silahlı qarşıdurma baş verib. Belə ki, bir qrup silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.








