Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Sima Ramazanzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.
7news.Az report-a istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib. O, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
7news.Az








