Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 109 (+12) insan alveri və 8 (+4) məcburi əmək cinayət faktı qeydə alınıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 63 şəxs müəyyən edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, qurbanlardan 51 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib, hamısına tibbi, psixoloji yardımlar göstərilib, geyimlə təmin edilib.
İnsan averindən zərərçəkmiş 60 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər verilib, qurbanlardan 22-si işlə təmin edilib, 31-i peşə kursuna göndərilib. 31 insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışına və 16 qurbana cərrahiyə əməliyyatı keçirilməsinə kömək göstərilib.
7news.Az








