RU
İnsan ömrünə birbaşa təsir edən genlərin adları açıqlandı
12:40
524

İnsan ömrünə birbaşa təsir edən genlərin adları açıqlandı

Alimlər 5 000 insanın genetik məlumatlarını təhlil ediblər.

ABŞ və İtaliyadan olan genetiklər insan həyatının uzunluğunun bağlı olduğu dörd geni müəyyən ediblər (90 yaşdan etibarən).

Tədqiqatın müəllifləri nəticələrini PLOS Genetics jurnalında dərc ediblər.

İnsan ömrü üçün ən vacib genlər ABO (qan qrupunu müəyyən edir), CDKN2B (hüceyrələrin həyat siklinin tənzimlənməsinə cavab verir), SH2B3 (toxum hüceyrələrinin ömrünün uzadılması ilə bağlıdır) və bir HLA (bədənin immun sisteminin hüceyrələrinin aşkar edilməsi üçün məsuliyyət daşıyır) müəyyən edilib.

Genetiklər bu nəticələrə 100 yaşdan yuxarı 80 və 90 yaşdan yuxarı 5 000 insanın genetik məlumatlarını təhlil edəndən sonra gəliblər. Bu insanlar nisbətən cavanlarla müqayisədə ABO, CDKN2B, SH2B3 и HLA genlərində ciddi qüsurların olmaması ilə seçilirdilər.

Alimlər hesab edirlər ki, insan ömrü təxminən 20% genetik faktorlardan asılıdır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ