RU
İnsan qanıyla rəsm çəkən rəssam 83 yaşında öldü
23:40
1703

İnsan qanıyla rəsm çəkən rəssam 83 yaşında öldü

Əsərlərində insan qanı və heyvan sümüklərindən istifadə edən avstiyalı rəssam Herman Nişç (Hermann Nitsch) vəfat edib.


Nişç 1960-ci illərə aid radikal avanqardçı "Aksionistlər” axınına mənsub olub. Qrup heyvan cəsədlərinin dərisini çıxarmaq, insan bədənini bağlamaqla, öz işlərində insanı qanı, palçıq və sidikdən istifadə etməklə məşhur olub.
Nişc həmçinin özünün qırğın və dini qurbanetməni göstərən "Orgies Mysteries” performans şou teatrı ilə tanınır. 

Onun sonuncu şousu 2015-ci ildə Siciliyada göstərilən çarmıxa çəkilmiş heyvanlar şousu olub. Bu performasına görə, heyvan haqqları qruplarının qəzəbinə tuş gəlmişdi.

Qeyd edək ki, Avstriya və İtaliyada Nişçin işlərinə həsr olunmuş iki muzey var.  /qaynarinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ