RU
İnsanın ömrünü uzatmaq üçün yeni üsul: İNQİLABİ YENİLİK
17:37
446

İnsanın ömrünü uzatmaq üçün yeni üsul: İNQİLABİ YENİLİK

Google erkən diaqnostika sahəsində inqilab yaradacaq yenilik edib. 

7News.az xəbər verir ki, texnologiya nəhəngi Google-ın eksperimental məhsullar inkişaf etdirdiyi Google X laboratoriyası ağıllı həb yaradıb. 

İnfarkt, iflic və xərçəng kimi ölümcül xəstəliklərə erkən diaqnoz qoyacağı gözlənilən bu ağıllı həbin içində dəmir-oksid nanopartikülləri var. Maqnetik olan bu partiküllər xərçəng xəstəlikli hüceyrələrə yapışır. Maqnetik bir cazibə sahəsi yaradan  cihazın xəstənin biləyinə taxılaraq dəmir-oksid partikülləri ilə "işarələnmiş" xərçəng xəstəlikli hüceyrələri özünə doğru çəkəcəyi qeyd edilir. Hələ tədqiqat mərhələsində olan layihə həyata keçəcəyi təqdirdə xəstələr topuqlarında olan bir sensor sayəsində daim müşahidə altında tutulacaqlar. Ancaq bunun üçün hələ vaxt var. Google X laboratoriyasından verilən məlumatlara görə, bu layihənin istifadəyə verilməsi üçün 5 il lazımdır. //big.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ