Hindistanda havanın çirkliliyi son 20 ilin ən yüksək həddinə çatıb.
Nəfəs almağın çətinləşdiyi paytaxt Dehlidə hər kubmetr havada 700 mikro qram zərərəli maddənin olduğu üzə çıxıb. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi normadan 30 dəfə çoxdur.
Rəsmi qurumlar hava çirkliliyinin qarşısını almaq üçün şəhərlərdə avtomobillərin sayını məhdudlaşdırmağı nəzərdə tutan layihələr üzərində işləyir.
BMT-nin Uşaqlara Yardım Fondu UNİCEF-in hesablamalarına görə dünya miqyasında hər il 600 min uşaq hava çirkliliyinə görə dünyasını dəyişir.








