Suriyanın Deraa şəhərində raket atəşi nəticəsində 15 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Deraa şəhər xəstəxanasından bildiriblər.
"Ölənlərin sayı 15-ə çatıb, 58 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında uşaqlar da var. Yaralıların bir çoxunun vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər", - məlumatda deyilir.
7news.az








