RU
''İnsanların bu sualından bezdim''
16:10
531

''İnsanların bu sualından bezdim''

Dünyaca məşhur repçi Kardi B ''İnstagram'' hesabında canlı yayım edərkən özü haqqında maraqlı etiraf edib.

7News.Az ölkə.az-a istinadən bildirir ki, müğənni ''İnstagram'' hesabında tez-tez canlı yayım edərək izləyicilərinin suallarını cavablandırır. Keçən gün canlı yayımda olarkən stolun üstündəki manqonu kəsməyə başlayıb.

Elə həmin an dediyi sözlərlə izləyicilərini təəccübləndirib. O, özü haqqında dediyi ''Dırnaqlarımla hər şey edə bilirəm. İnsanların bezmədən ''bu dırnaqlarla ayaqyolundan necə istifadə edirsən?'' sualından, həqiqətən, yorulmuşam'' bu maraqlı etirafı ilə gündəm olub.

Qeyd edək ki, Kardi B 2020-ci il may ayına kimi koronavirusdan əziyyət çəkən yoxsul ailələrə 1 milyon dollar dəyərində yardım edəcəyini açıqlamışdı.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ