7NEWS.az xəbər verir ki, instagram 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. "Gənc hesabı” adlı proqram çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq. Yeni hesablar ABŞ, Kanada, İngiltərə və Avstraliyada 17 sentyabr tarixindən etibarən qüvvəyə minib.








