İnstaqram sosial şəbəkəsi loqo və interfeysini yeniləyib.
7News.Az xəbər verir ki, hər gün ən azı 80 milyon fotonun paylaşıldığı sosial şəbəkə artıq yeni dizaynla fəaliyyət göstərir. Sadələşdirilmiş loqoda müxtəlif rənglərin sintezi öz əksini tapıb. İnstaqram istifadəçiləri tətbiqi yenilədikləri zaman sözügedən dəyişikliklərin şahidi ola bilər.
Dizaynında göy rəngin yerinə qaranı seçən sosial şəbəkənin interfeysi əvvəlkinə nisbətən xeyli sadələşib. Bununla da “layout” , “boomerang” tətbiqlərinin loqoları ilə rəng harmoniya yaradılıb.
Ancaq sosial şəbəkənin bu yeniliyi istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Foto platformasının uzun illər işlətdiyi ənənəvi loqosunun və dizaynının daha yaxşı olduğunu iddia edənlər heç də az deyil.
7News.Az








