Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.
7news.Az xəbər verir ki, ikinci oyun günündə turun son oyununda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "İnter” autsayder "AZAL”ı sınağa çəkib.
Paytaxt derbisində sevinən tərəf meydan sahibləri olub - 3:0.
"İnter”in heyətində 22-ci dəqiqədə Ruslan Abışov, 56-da İlkin Qırtımov və 65-də isə Slavik Alxasov fərqləniblər.
Beləliklə, "İnter” üçüncü pillədəki yerini möhkəmləndirib, "Təyyarəçilər” isə 4 xalla sonuncu yerdə qərarlaşıblar.








