"İnter" futbol klubunun baş məşqçisi Zaur Svanadze Azərbaycan xalqından üzr istəyib.
7News.Az-ın məlumatına görə, o, bu məsələdə dolayısıyla klub rəhbərliyini və mətbuat xidmətini ittiham edib.
Xatırladaq ki, Svanadze son turda "Qəbələ" ilə səfər qarşılaşmasından sonra jurnalistlərin cəbhə xəttindəki gərginliklə bağlı sualına "siyasətə qarışmıram, mənlik deyil" formasında cavab vermişdi. Onun bu hərəkəti bəzi yerli futbolçuların və azarkeşlərin narazılığına səbəb olsa da, son anda klub prezidenti Rəşad Qasımov gürcünü dəstəkləmişdi.
Gürcü mütəxəssis isə son çıxışında xalqımızdan üzr istəyərək, dolayısıyla klub nümayəndələrini ittiham edib:
"Azərbaycan xalqından üzr istəyirəm. Oyundan sonra bir az üzgün idim, unuda bilərdim. Amma klub rəsmiləri, mətbuat xidməti mənə nə baş verdiyini çatdıra bilərdilər, amma etmədilər".
Hər halda Zaur Svanadzenin təqsiri öz üzərindən ataraq, birbaşa klubu ittiham etməsi "İnter"in daxilində baş verən yeni proseslərdən xəbər verir.
7News.Az








