RU
“İnter” prezidentini rəsmən təqdim etdi
13:14
630

“İnter” prezidentini rəsmən təqdim etdi

"İnter” yeni prezidentini rəsmən təqdim edib.
 
7News.Az xəbər verir ki, bu gün klub saytının yaydığı açıqlamada bunlar qeyd olunub:

"İnter” Peşəkar İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev "İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.

1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ